Ana içeriğe atla

ACCA haqqinda

Dünyanın əksər ölkələrində tanınan, imtahanları işə qəbul zamanı yüksək qiymətləndirilən, sertifikatları və diplomları əksər beynəlxalq şirkətlər tərəfindən tanınan, beynəlxalq təşkilat olan ACCA-in əhəmiyyəti getdikcə artır.
ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanlar iki hissəyə bölünür:
Fundamentals:
F1 Accountant in Business – Mühasib və biznes
F2 Management Accounting – İdarəetmə uçotu
F3 Financial Accounting – Maliyyə uçotu
Qeyd! Bunlar Knowledge Modulu adlanır və əsas anlayışları əhate edir.
F4 Corporate and Business Law – Korporativ hüquq
F5 Performance Management – Səmərəliliyin idarə edilməsi
F6 Taxation – Vergilər
F7 Financial Reporting – Maliyyə hesabatları
F8 Audit and Assurance – Audit və onu müşahidə edən xidmətlər
F9 Financial Management – Maliyyə menecmenti
Qeyd! Bunlar Skills Modulu adlanır və mənimsənilməsi vacib olan texniki sahələri əhatə edir.
Professional:
P1 Professional Accountant – Professional Mühasib
P2 Corporate Reporting – Korporativ Hesabatlar
P3 Business Analysis – Biznesin Təhlili
Qeyd! Bunlar Essentials Modulu adlanır və əsas fənləri əhatə edir.
P4 Advanced Financial Management – Maliyyə menecmenti
P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi
P6 Advanced Taxation – Vergilər
P7 Advanced Audit and Assurance – Audit və onu müşahidə edən xidmətlər

Yorumlar