Ana içeriğe atla

Kayıtlar

Nisan, 2020 tarihine ait yayınlar gösteriliyor

Forex nədir ?

"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market,) — dövlətlərarası valyuta dəyişdirmə bazarıdır. Bu iş dünyanın ən böyük maliyyə bazarlarının əli ilə həyata keçirilir və böyük banklar, ortaq şirkətlər, spekulyantlar, dövlətlər, başqa maliyyə bazarları və qurumları arasında həyata keçirilir. Gündəlik əməliyyat həcmi 5.5 Trilyon dollar olan, dünyanın ən böyük bazarı olan Forex bazarı, manip ulyasiya edilməyən bir bazardır. Forex bazarı nədir? Forex sözü “Foreign Exchange” sözlərinin qısaldılmasından əmələ gəlmiş və lüğəti mənası “Valyuta arbitrajı” olaraq təsvir edilməkdədir. Daha qısaldılmış halı isə FX olaraq ədəbiyyata daxil olmuşdur. Ancaq Forex sözü xalq dilində geniş şəkildə Valyuta Ticarəti mənasında istifadə edilməkdədir. Hər zaman açıq Forex bazarlarında, həftənin 5 günü, 24 saat əməliyyat icra edilir, məkan və zaman məhdudiyyəti olmadan ticarət aparılır. Bazar, böyük həcmdə pul ...

Neyro marketinq nədir ?

Neyro-Marketinq beyin reaksiyalarına əsaslanmaqla, marketinq strategiyası qurmaq-müştəriləri əldə etməkdir. Müştəri qərarlarının beyindəki mexanizmi neyro-marketinqdə araşdırılır. Tibb və marketinqin birgə məhsulu olan neyro-marketinq müştərilər haqqında çox şeyi ortaya çıxarır və marketinq menecerlərə hansı məhsulu, harada, hansı qiymətə və hansı üsulla satmalı olduqlarını öyrədir. 3 əsas araşdırma obyekti vardır : 1.Göz təması 2.Reklamlara qarşı beyin təmasının müəyyənləşdirilməsi 3.Təbəssüm hiyləsi Banco.az

Forbes jurnalı haqqında

Forbes — iki həftədə bir nəşr olunan bir biznes jurnalıdır. 1917-ci ildə Şotlandiyadan ABŞ-a köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bu günkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5- ci Küçə adlanan yerdədir. Şirkətin  Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı, Forbes.com  özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.  Forbes.com  1996-ci ildə David Churbuck tərəfindən qurulmu...

Dünyanın ən böyük otel brendlərindən olan Hilton haqqında :

Hilton Hotels & Resorts daha çox istifadə olunan adıyla Hilton Hotels (ing. Hilton Hotels & Resorts)Hilton Worldwide şirkəti tərkibində iştirak edən Dünya tərəfindən məşhur Turizm şirkəti. Dünya səviyyəsində 3897 otel 642.000 otaq və 91 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir Dünyada turizm sektorunun ən böyük şirkəti olaraq bilinir. 1919-cu ildə ildə Konrad Hilton tərəfindənHilton Worldwide şirkəti kurulmuştur.Şirkət ABŞ-ın o zaman içində olduğu iqtisadi böhrandanda faydalanaraq çox sürətli bir şəkildə böyümüşdür. Şirkət 1946-ci ildə artıq Amerikada bir çox Otelə sahib idi. Bu otellər bir dam altında toplanaraq Hilton Hotels Corporation America (HHC) qururlar.1967-ci ildə isə artıq Dünyada bir çox otelə sahib olan Hilton Hotels Co. America, London mərkəzli olaraq dünyadakı digər otellərin bağlı olacağı Hilton İnternationali (HI) qurur daha sonra Hilton International TWAyə arxasından da Ladbroke Groupa satılır.Bu satış hadisəsindən sonra belə bir razılaşma olmuşdur. ABŞ...

Biznes və özünüinkişaf kitabları 10 mövzu üzərində qurulub:

Fikrimcə, əksər biznes və özünüinkişaf kitabları aşağıdakı 10 mövzu üzərində qurulub: 1.Ünsiyyətcil olmaq 2.İnsanlara mənfi xüsusiyyətlərini söyləməklə onları özündən narazı salmamaq 3.Davamlı öyrənmək və tətbiq etmək 4.Ənənələrdən uzaq gəzərək, yenilik axtarışında olmaq 5. İnsan psixologiyasını yaxşı bilmək və özünü alıcının yerində görə bilmə bacarığı 6.Enerjimizi və maliyyəmizi düzgün bölə bilmək 7.Bir məsələyə kreativ və fərqli yöndən baxa bilmək bacarığı 8.Hər başımıza gələn hadisəni özümüzə dərt etməmək və məsələyə optimist yanaşa bilmək 9.Bizim pul üçün yox, pulun bizim üçün işləyəcəyi mexanizmi öyrənmək 10.Maliyyə azadlığının insan həyatında önəm böyüklüyü.

Angel investor haqqinda

Angel investor və ya business angel - şirkətin(start-up) inkişafına yatırım etmiş fərdi investor. Bir çox yeni yaranan şirkət və start-up ların fəaliyyətinin müəyyən dövrlərində maliyyə yardımına ehtiyacları olur.Mələk investorlar, bu yardımı(yatırımı) etməklə şirkətdə pay sahibi olurlar.Bu işin avantajı, yatırım edilən şirkətin (start-up) gələcəkdə bazar dəyərinin yüksəlməsi fonunda investora, ödədiyi pulun ona bəzən milyon hətta milyard üzəri olmaqla geri dönməsidir. Dezavantajı, şirkətin(start-up) batacağı və ya fəaliyyətini dayandıracağı təqdirdə investora heç bir ödəniş olunmamasıdır. Dünyada mələk investorlardan yararlanaraq milyard dollarlıq olan şirkətlər, investorlarla əlaqə yolları və dünya ölkələrindəki investorların müqayisələri , növbəti yazılarda olacaq.

Maraqlı gələ biləcək bəzi terminlər və izahları :

Assumption- şirkətdə yeni satış proqramının tətbiqinin satışa göstərəcəyi təsir (və ya başqa bir xidmət və ya proqram bölümü ola bilər) Autsorsinq-şirkətin effektsiz, ya da az effektli fəaliyyət növünün daha üstün keyfiyyət göstəriciləri olan peşəkar tərəfdaşlarına ötürülməsidir. CRM (Customer relationship management)- ,,Müştərilərlə Əlaqələrin İdarəetmə sistemləri" ,  avtomatlaşdırma sistemidir, hər hansısa bir prosesdən insan əməyinin çıxarılmasıdır.Eyni zamanda CRM -müştərilərlə işi avtomatlaşdıran proqram təminatıdır. Və satışın artırılması üçün bir mexanizmdir.

Mühasibatlıqda önəmli olan bəzi terminlər və izahları:

Kalkulyasiya- məhsul (iş, xidmət) istehsalı ilə bağlı məsrəflərə təsdiq edilən qaydada ardıcıllıqla daxil edilən ayrı-ayrı məhsul növlərinin maya dəyərinin müəyyən edilməsi üsulu Avans hesabatı- təhtəl şəxs tərəfindən tərtib və təqdim edilmiş nümunəvi sənəd forması Amortizasiya- əsas vəsaitlərin köhnəlməsi və onların istehsal olunmuş məhsulun dəyərinə keçirilən  hissəsidir Kassa limiti- təşkilatın bankla razılaşmasına əsasən kassada saxlanılan pul məbləği Hesablaşma hesabı- təşkilatın sərbəst pul vəsaitini saxlamaq və cari nəğd və nəğdsiz formada hesablaşmasını aparmaq üçün bankda açdığı hesab.

Bəzi marketinq terminləri və anlamları :

B2B - Korporativ satışlar.Şirkətin şirkətə satış etməsi B2C - Şirkətin şəxslərə satış etməsi Benchmarking - Öz xidmətlərinin effektivliyini artırmaq üçün , sahədə olan rəqiblərin texnoloji və digər üstünlüklərini araşdıraraq özündə tətbiq etmək mexanizmi Brand research - məhsul araşdırması Feedback - məhsul və ya xidmət haqqında rəylərin verilməsi, geri dönüş fikirləri

,,Freelancer'' lər haqda

Freelance- müstəqil çalışan deməkdir.Müəyyən sahələrdə ixtisaslaşmış peşə sahiblərinin, hər hansı bir şirkətdən asılı olmadan evini, ofis və ya studiya kimi istifadə edərək müstəqil işləməsi halıdır.Freelance kimi çalışanlara - Freelancer deyilir. Bu iş tərzi, xüsusilə Amerika və Kanadada çox yayılmışdır. Freelancer aləmində, qrafik -dizayn, internet və mobil proqramlaşdırma rəqəmsal dünyada ən çox rəğbət görən işlər olaraq qarşımıza çıxsada, fotoqra fiya, reklam yazarlığı və marketinq istiqamətli işlərdə bu sahədə seçilir. Freelancer kimi çalışmaq istiyənlər üçün, istifadə edəcə biləcəkləri ən məşhur saytlar : Upwork.com Peopleperhour.com Fiverr.com

Satış sistemi haqqinda

Satış sistemi nə olur olsun bu sahədə çalışan satış menecerlərinin xüsusiyyətlərini iki əsas hissəyə ayırmaq mümkündür. Bunlardan biri satış menecerlərinin şəxsi xüsusiyyətləridir. İkinci isə satış menecerinin sistemdən qaynaqlanan xüsusiyyətləridir ki, növbəti yazılarda bunu daha da işıqlandıracağam. Bu yazıda isə Satış menecerinin şəxsi xüsusiyyətlərinin nələr olması haqqında düşüncələrimi dəyərli oxucularımla paylaşmaq istəyirəm. Satış menecerlərinin satış sistemindən asılı olmayan şəxsi xüsusiyyətləri əsas etibarilə aşağıdakılardan ibarət olmalıdır: 1) Satış menecerlərinin məsuliyyət duyğusu yüksək olmalıdır. Vəzifə özü ilə bərabər məsuliyyəti də yaradır. Satış menecerlərinin öz işlərinin məsuliyyətini başa düşmələri və buna görə işləmələri istənilir. Bu məsuliyyətlər nələrdir? Şirkətə qarşı məsuliyyət Üst rəhbərlərinizə qarşı məsuliyyət İş yoldaşlarınıza qarşı məsuliyyət Müştərilərinizə qarşı məsuliyyət 2) İşində uğurlu olmağı hədəf götürməlidir. Satış işi çətin p...

ACCA haqqinda

Dünyanın əksər ölkələrində tanınan, imtahanları işə qəbul zamanı yüksək qiymətləndirilən, sertifikatları və diplomları əksər beynəlxalq şirkətlər tərəfindən tanınan, beynəlxalq təşkilat olan ACCA-in əhəmiyyəti getdikcə artır. ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada  170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanlar iki hissəyə bölünür: Fundamentals: F1 Accountant in Business – Mühasib və biznes F2 Management Accounting – İdarəetmə uçotu F3 Financial Accounting – Maliyyə uçotu Qeyd! Bunlar Knowledge Modulu adlanır və əsas anlayışları əhate edir. F4 Corporate and Business Law – Korporativ hü...

TOP-10 Universitet

,Quacquarelli Symonds” agentliyi dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Ekspertlər təhsil müəssisələrini akademik göstəricilərinə, tələbələrin təhsil səviyyəsinə, işəgötürənlərin rəyinə və digər parametrlərə əsasən qiymətləndiriblər. 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinə nəzər salaq. 1. Massaçuseç Texnoloji İnstitutu Massaçuseç Texnologiya İnstitutu – ABŞ-ın Massaçuseç ştatında, Kembricdə yerləşən universitet və tədqiqat mərkəzidir. MTİ dünyanın ən prestijli universitetlərinən biri olaraq, robototexnika və süni intellekt sahəsində novatordur. İnstitutun mühəndislik, iqtisadiyyat, fizika, kimya və riyaziyyat sahəsindəki proqramları ildən-ilə seçilir. Eyni zamanda, bu təhsil ocağı digər sahələrdə də çox məşhur olmuşdur. Bunlara menecment, iqtisadiyyat, dilçilik, siyasi elmlər və fəlsəfə aiddir. 2. Stenford Universiteti Stanford universiteti –Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Palo-Alto şəhərinin yax...

Rəqəmsal marketinq (digital marketing)

Rəqəmsal marketinq (digital marketing) —marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsi ilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar. Rəqəmsal marketinqin inkişafı texnologiyanın inkişafı ilə birbaşa əlaqəlidir. Başlanğıcdakı əsas məqamlardan biri 1971-ci ildə idi, hansı ki, Rey Tomlinson ilk e-poçtu göndərdi və onun texnologiyası insanların müxtəlif maşınlar vasitəsilə fayl göndərməsinə və qəbul edilməsinə imkan verən platforma qurdu. Bununla birlikdə, Rəqəmsal marketinqin başlanğ...

PR-public relations haqqinda

Tərcüməsi -ictimaiyyətlə əlaqələr.İnsanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Ən məşhur 3 növü : Qara p iar — rəqib partiyanın, qrupun və s. ləkələnməsi, məhv edilməsi üçün "qara texnologiyalardan" istifadə edilməsi, onun adından təhqiredici və ya iqtisadi təhlükəli bəyanatların edilməsi və s. yayılmasıdır. Bəzən nüfuzdan salan bir yazının dərci ilə məhdudlaşmaq kifayət edir. Bu söz birləşməsi "qara təbliğat" ifadəsi ilə eyni yaranmışdır. Belə güman edilir ki, rus dilində Viktor Pelevinin "Generation P" romanı çapdan çıxdıqdan sonra meydana gəlmişdir. Sarı piar — diqqəti cəlb etmək məqsədilə həmin dövlətin ...

Marketinqdə olan bəzi terminlər :

Swot analiz – şirkətin güclü və zəif tərəflərinin, imkanlarının və təhlükələrin araşdırılması Vendor – özü istehsal edən və çatdıran xidmət göstərən şirkət Cross selling – məhsul-dan əlavə olaraq digər məhsulun çarpaz satışın təşkili CTA ( call to action) – hərəkətə çağırış. Reklamda müştərini hərəkətə keçməyə. məhsulu almağa sövq edən materialın çağırışın olmas

Terminler ve izahlar :

Autsayder - müəyyən mülahizələrə, səbəblərə görə inhisar birliklərinə daxil olmayan müəssisələr. Arbitraj-İqtisadi mübahisələri (müqavilə şərtlərinin pozulması, mülkiyyət hüququnun tanınması, zərərin ödənilməsi, bəzi dövlət aktlarının qanunsuzluğunun aşkar edilməsi, iflasa uğrama ilə bağlı məsələlər və s.) və digər təsərrüfat problemlərini araşdıran məhkəmə orqanı. Defolt -Borc alanın nəzərdə tutulan müddətdə öz borcunu ödəyə bilməməsi haqqında xəbərdarlıq etməsi. Rüsum - Həm hüquqi, həm də fiziki şəxslərdən hüquqi əhəmiyyəti olan işlərin görülməsi üçün alınan vergi.

İnfluencer marketinq nədir ?

Marketinqin bu növündə , siz müştərilərlə etibara əsaslanan münasibət qurub, brendiniz, məhsul və xidmətiniz haqqında kommunikasiya qura biləcək şəxslərin aşkarlanması , müştərilərlə əlaqə qura biləcək insanların araşdırılması , əlaqə qurulması və onların dəstəklənməsi prosesidir. Influencer Marketinq strategiyasına uyğun olaraq şirkətlər sosial mediada istifadəçilər sizin məhsulu istifadə edərək fikirlərini yazması, bu haqda başlarına gələn mar aqlı hekayələr qurması və məhsula uyğun məzmunları hazırlayaraq paylaşmasını təmin edirsiz. Burda əsas məqsəd çoxlu paylaşımlar yaratmaq və eyni zamanda paylaşılanların paylaşılmasına motivasiya verməkdir. Rəqəmsal marketinqdə sosial media platformalarında məhsul haqqında istifadəçilər tərəfindən çoxlu paylaşımların olmasını təmin edə bilmə, keçirilən reklam kampaniyasının uğurlu olmasının göstəricisidir. Keepface platforması bu sahədə ən tanınmış startuplardandır.

ielts nedir ?

Xaricdə təhsil almaq üçün iki beynəlxalq İngilis dili imtahanından birini vermək tələb olunur: TOEFL və IELTS. Dünya universitetləri xaricdən tələbə qəbul edərkən bu imtahanları tələb edirlər. Bu yazıda IELTS haqqında sizlərə məlumat verəcəyəm. IELTS (International English Language Testing System) İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunub. Təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahanı nəticəsini qəbul edir. Bu imtahanı daha ço x Böyük Britaniyada təhsil almaq istəyən tələbələr verirlər. İmtahan iki variantdan ibarətdir: Akademik test Ümumi test Siz qeydiyyatdan keçərkən sizə bu iki variantdan birini seçmək imkanı veriləcəkdir. IELTS imtahanı təqribən dünyanın 121 ölkəsində təşkil olunur. Bu imtahan TOEFL – dan fərqli olaraq kompyuter vasitəsilə verilmir. Bu imtahan Azərbaycanda hələlik kağız üzərində keçirilir. IELTS imtahanında Oxuma (Reading), Dinləmə (Listening), Danışıq (Speaking), Yazı (Writing) bilikləri sınağa çəkilir. İmtahan verən şəxs d...
Fikrimcə, gələcəkdə daha da inkişaf edib, həyatımızda önəmli yer tutacaq sahələrin ön sıralarında birinci - Data Menecmenti gəlir. Bu sahə, İT bağlılığı və bir çox üstünlüklərilə Menecment bölümlərində ən çox bəyənilən bir sıraya belə gəlib çıxa bilər. İkinci - İnvestisiya , səhm alış- satışı üzrə ixtisaslaşan insanların və şirkətlərin indikindən daha çox gəlir əldə edəcəyindən şübhəm yoxdu , xüsusən də kriptovalyuta mütəxəssisləri nə daha çox üstünlük veriləcək Və Marketinqə yeni bir qol gətirəcək insanlar daha çox gəlir əldə edə bilərlər.Ümumimiyyətlə marketinqi : old və new olaraq iki yerə bölsəm, old marketinqin yalnızca nəzəriyyələrdən olduğunu düşünürəm amma marketinqi praktiki fənn hesab edirəm , new - daha çox praktikaya əsaslanır.Texnologiya ilə marketinq ə bağlı daha yeni bir strategiya yaratmaq olar.
Bir qrafik qurun özünüzə, söz verinki 1 həftəyə minimum 2 kitab bitirəssiz.Kitab bitirməyə həvəs yarandıqca insan boşluqları görə bilir. Metroda, avtobusda , bir başqasını gözləyərkən və s. bu kimi zamanlarda bu kitabdan oxusanız, zaman boşa keçmiş hesab olunmayacaq.Bu, 1 aya 8 , 1 ilə 100 dən çox kitab deməkdi
Product Placement - Brendin, məhsulun loqosunu, adını və digər atributunu kino, serial, veriliş, oyun və s-lərdə yerləşdirilməsi Naming – Ad vermə prosesi (bir şirkət, məhsul və ya xidmət üçün bir brend adı vermək prosesi. Şirkətin marketinq strategiyasının ən vacib hissəsidir) KPI (Key Performance Indicator) - Əsas Effektivlik Göstəriciləri (təşkilatın strateji və taktiki məqsədlərə çatmasına kömək edən vahid performans göstəriciləri) Meetups - Qeyri-rəsmi görüş və ya toplantı (Eyni maraqlarda olan insanlar üçün fərdi tədbirləri təşkil etmək məqsədilə istifadə olunan bir xidmətdir) Mentor – Mentor (nümunəvi biznes biliyi, davranış, bacarıq kimi örnəyinə əsaslanaraq daha yeni bir insanın və ya layihənin formalaşmasına təkan verən bir şəxs) P.S. Facemark.az dan məlumat mənbəyi kimi istifadə olunmuşdur.

Bəzi maliyyə terminləri:

EMİTENT - investisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyələrdir. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Depo hesabı– mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesablardır Kassa limiti- təşkilatın bankla razılaşmasına əsasən kassada saxlanılan pul məbləği. Aksept- pul və mal sənədlərinin ödənişə razılığıdır.