Rəqəmsal marketinq (digital marketing) —marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsi ilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil etmək olar.
Rəqəmsal marketinqin inkişafı texnologiyanın inkişafı ilə birbaşa əlaqəlidir. Başlanğıcdakı əsas məqamlardan biri 1971-ci ildə idi, hansı ki, Rey Tomlinson ilk e-poçtu göndərdi və onun texnologiyası insanların müxtəlif maşınlar vasitəsilə fayl göndərməsinə və qəbul edilməsinə imkan verən platforma qurdu. Bununla birlikdə, Rəqəmsal marketinqin başlanğıcı kimi tanınan dövr, Archie axtarış motorunun FTP saytları üçün indeks kimi yaradıldığı 1990-cı ildir. 1980-ci illərdə kompüterin saxlama qabiliyyəti çox böyük həcmdə müştəri məlumatlarını saxlaya biləcək dərəcədə böyük idi. Şirkətlər məhdud siyahı vasitəçiliyi əvəzinə, verilənlər bazası marketinqi kimi onlayn texnikaları seçməyə başladılar. Bu cür məlumatlar bazası şirkətlərə müştərilərin məlumatlarını daha effektiv izləməyə imkan verir və bununla da alıcı və satıcı arasındakı əlaqəni dəyişdirir. Amma, normal proses o qədər də səmərəli deyildi.
1990-cı illərdə Rəqəmsal marketinq termini ilk dəfə işlənmişdir. Server / müştəri əlaqələrinin debütü və fərdi kompüterlərin populyarlığı ilə Müştəri Əlaqələrinin İdarəedilməsi (CRM) tətbiqetmələri marketinq texnologiyasının əhəmiyyətli bir hissəsinə çevrildi. Şiddətli rəqabət satıcıları marketinq, satış və xidmət tətbiqlərinə daha çox xidmət daxil etməyə məcbur etdi . İnternet yaranandan sonra marketoloqlar onlayn müştəri məlumatlarına eCRM proqramı ilə sahib ola bildilər.

Rəqəmsal marketinq (Digital Marketing)
Hazırda texnologiya dövründə yaşayırıq. İnternet və rəqəmsal məkan günbəgün inkişaf edir. Rəqəmsal marketinq (digital marketing) – marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsi ilə tanıtmaqdır. Bununla yanaşı müxtəlif üsullarla satışların artırılması da əsas məqsədlərdən biridir. Burada potensial müştəriləri cəlb etmək, istehlakçı kimi saxlamaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə edilir. Hansı ki, sosial şəbəkələri, veb saytları, e-mail xidmətlərini, mobil telefonları, rəqəmsal televizorları, bir sözlə internetə çıxışı olan bütün rəqəmsal texnolagiyaları və alətləri buraya daxil edə bilərik. Lakin internetə birbaşa qoşulmayan kanallardan da istifadə oluna bilər. Buna isə əsasən mobil telefonların SMS, MMS xidmətləri, zəng melodiyaları aid edilir.
Rəqəmsal marketinqin əsas fəaliyyət istiqamətləri: axtarış mühərriki optimallaşdırması (SEO), (SEM), kontent və influencer marketinq, kontent yaradılmasının avtomatlaşdırılması, e-ticarət marketinqi, video marketinq, (SMM), birbaşa poçt, kontekstli reklam, elektron kitablar, proqramlar, oyunlar və rəqəmsal məhsulların digər formaları ilə reklamdır.
Niyə rəqəmsal marketinq?
Rəqəmsal marketinq vasitələri ənənəvi vasitələrindən hədsiz dərəcədə fərqlənir. Bu səbəbdən də hazırda bir çox şirkətlər büdcəsinin böyük bir qismini rəqəmsal marketinqə ayırır. Nəticədə siz müştərilərinizin reaksiyalarını izləyə bilərsiniz. Beləliklə də düzgün nəticəni tez bir zamanda görüb, reklamın nə qədər uğurlu olduğunu analiz edə bilərsiniz. Nəticəyə əsasən bu sahədə yeni strategiyalar həyata keçirib, şirkətin fəaliyyət sahəsində daha da inkişaf etməsinə şərait yarada bilərsiniz.
Ənənəvi marketinqdə siz hədəf auditoriyanızı təxmini seçə bilirsiniz, rəqəmsalda isə dəqiqliklə bunu müəyyən edə bilərsiniz.
Rəqəmsal marketinqdə diqqət cəlb edən, insanlarda maraq oyadan işlər görməklə siz potensial müştərilərinizi veb-saytınızı ziyarət etməyə, məhsul və ya xidmətlərinizlə maraqlanmağa, onları dəyərləndirməyə və s. sövq edə bilərsiniz.
Yorumlar
Yorum Gönder