Ana içeriğe atla

ielts nedir ?

Xaricdə təhsil almaq üçün iki beynəlxalq İngilis dili imtahanından birini vermək tələb olunur: TOEFL və IELTS. Dünya universitetləri xaricdən tələbə qəbul edərkən bu imtahanları tələb edirlər. Bu yazıda IELTS haqqında sizlərə məlumat verəcəyəm. IELTS (International English Language Testing System) İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunub. Təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahanı nəticəsini qəbul edir. Bu imtahanı daha çox Böyük Britaniyada təhsil almaq istəyən tələbələr verirlər. İmtahan iki variantdan ibarətdir:
Akademik test
Ümumi test
Siz qeydiyyatdan keçərkən sizə bu iki variantdan birini seçmək imkanı veriləcəkdir. IELTS imtahanı təqribən dünyanın 121 ölkəsində təşkil olunur. Bu imtahan TOEFL – dan fərqli olaraq kompyuter vasitəsilə verilmir. Bu imtahan Azərbaycanda hələlik kağız üzərində keçirilir. IELTS imtahanında Oxuma (Reading), Dinləmə (Listening), Danışıq (Speaking), Yazı (Writing) bilikləri sınağa çəkilir. İmtahan verən şəxs danışıq imtahanını üzbəüz verir. Danışıq imtahanını ESOL – dan (English for speakers of other languages) qeydiyyatdan keçən müəllimlə aparılır.
Bu imtahanı harada vermək olar?
Bu imtahanı Azərbaycanda da vermək olar. Bu imtahanı Azərbaycanda təşkil edən yeganə şirkət British Council tərəfindən təşkil edilir. Normalda imtahan hər ay bir dəfə (bəzən iki dəfə) olaraq keçirilir. Siz bu imtahanlara CELT Baş ofisində yazıla bilərsiniz. İmtahanın qiyməti 140 manatdır. Bakıda imtahana ən azı 6 həftə öncədən qeydiyyat etmək lazımdır. Əks halda, 20 manat əlavə cərimə olacaqdır. Müxtəlif ölkələrə görə qiymətlərdə dəyişiklik ola bilər.
İmtahanın istifadə qüvvəsi iki ildir. İki il ərzində siz əldə etdiyiniz nəticəniz etibarlı hesab olunur
Celt.az

Yorumlar